Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Keçmişdən gələcəyə: Xaqani irsinin aktuallığı” adlı tədbir təşkil olunmuşdur.
Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir və şair Xaqani Şirvaninin zəngin ədəbi irsinin gənc nəslə tanıdılması, onun yaradıcılığının milli-mədəni irsimizdəki əhəmiyyətinin diqqətə çatdırılması, tarix və ədəbiyyatımıza marağın artırılması olmuşdur.
Tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı çıxış edərək Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatının və fikir tarixinin inkişafındakı mühüm rolundan bəhs etmiş, şairin yaradıcılığının tarixi-mədəni irsimizin öyrənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırmışdır. Çıxış zamanı Xaqani irsinin müasir dövrdə öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanmışdır.
Tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılmış, Xaqani Şirvaninin yaradıcılığına dair müxtəlif məsələlər müzakirə edilmişdir.
