Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi uğurla davam etdirilir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi uğurla davam etdirilir.


Layihə çərçivəsində aparılan arxeoloji qazıntılar gənclərin, tələbələrin və könüllülərin geniş marağına səbəb olub. Belə ki,
Ağstafa və Qazax Gənclər Evinin əməkdaşları və gənc könüllülərin iştirakı ilə arxeoloji irsə marağının artırılması, onları aparılan elmi-arxeoloji tədqiqatlara cəlb etmək, arxeoloji abidələrin və aşkar edilən maddi-mədəniyyət nümunələrinin təbliği məqsədilə arxeoloji turizmə həsr olunmuş sərgi-tədbir təşkil edilmişdir.
Tədbirin əsas məqsədlərindən biri gənclər və könüllülər arasında arxeoloji irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində maarifləndirmə işlərinin aparılması, həmçinin arxeoloji turizmin əhəmiyyətinin diqqətə çatdırılması olub. Tədbir zamanı iştirakçılar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan arxeoloji qazıntıların nəticələri, tədqiqat prosesi və müxtəlif dövrlərə aid aşkar edilmiş artefaktlarla yaxından tanış olublar.
Tədbir çərçivəsində gənc könüllülər üçün xüsusi master-klass keçirilib. Master-klass zamanı iştirakçılara arxeoloji qazıntıların aparılması, orta tunc dövründən-son tunc, erkən dəmir dövrünə aid edilən artefaktların ilkin sənədləşdirilməsi və onların elmi əhəmiyyətinin müəyyənləşdirilməsi barədə məlumat verilib. Praktiki təqdimatlar vasitəsilə gənclərin arxeologiya sahəsinə marağının artırılması və onların bu istiqamətdə bilik və bacarıqlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb.
Sərgi-tədbir gənclərin Keşikçidağın zəngin tarixi-mədəni irsi ilə daha yaxından tanış olmalarına, arxeoloji qazıntıların elmi və ictimai əhəmiyyətini dərk etmələrinə, eləcə də arxeoloji turizmin inkişaf perspektivləri barədə məlumat əldə etmələrinə imkan yaradıb.

Spread the love