Application of LiDAR Technology in the Documentation and Digital Modeling of Archaeological Heritage

LiDAR texnologiyasının arxeoloji irsin sənədləşdirilməsi və rəqəmsal modelləşdirilməsində tətbiqi.


Arxeoloji irs nümunələrinin yüksək dəqiqliklə sənədləşdirilməsi, məkan məlumatlarının rəqəmsal mühitdə toplanması və abidələrin üçölçülü modellərinin yaradılması istiqamətində praktiki çalışmalar davam etdirilib. Təlimlər çərçivəsində LiDAR texnologiyasının arxeoloji tədqiqatlarda tətbiqi, səth və memarlıq elementlərinin rəqəmsal məlumatlarının əldə edilməsi, həmin məlumatların emalı və 3D modelləşdirmə prosesləri praktiki şəkildə öyrənilir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı, Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin rəhbərliyi ilə keçirilən “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda elmi-praktiki təlimlərin növbəti sahə praktikası “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində keçirilib. Sahə məşğələləri zamanı qoruq ərazisindəki arxeoloji və memarlıq qalıqlarının LiDAR vasitəsilə skan edilməsi, əldə olunan nöqtə buludlarının (point cloud) formalaşdırılması və rəqəmsal məlumatların emalı üzrə praktiki işlər aparılıb. Toplanmış məkan məlumatları əsasında arxeoloji obyektlərin üçölçülü (3D) rəqəmsal modellərinin hazırlanması və onların gələcək tədqiqat, sənədləşdirmə və mühafizə işlərində istifadəsi imkanları nümayiş etdirilib. Praktiki məşğələlər iştirakçılara LiDAR əsaslı məlumatların arxeoloji obyektlərin planlaşdırılması, ölçüləndirilməsi, məkan analizinin aparılması və rəqəmsal sənədləşdirilməsi proseslərinə inteqrasiyası üzrə nəzəri biliklərini sahə şəraitində tətbiq etmək imkanı yaradıb.


Spread the love