22 İyul "Milli Mətbuat Günü" münasibətilə maarifləndirici tədbir keçirilib.

22 İyul “Milli Mətbuat Günü” münasibətilə maarifləndirici tədbir keçirilib.

22 iyul “Milli Mətbuat Günü” münasibətilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Ağstafa Gənclər Evi və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayon üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə mətbuat və mədəniyyət sahəsində fəaliyyət göstərən mütəxəssislər, tarix müəllimləri, rayon ziyalıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan milli mətbuatının zəngin tarixi inkişaf yolunu, cəmiyyətin maariflənməsi və milli-mənəvi dəyərlərin qorunmasında mətbuatın rolunu diqqətə çatdırmaq, eyni zamanda mədəni irsin təbliği istiqamətində media ilə mədəniyyət müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulamaq olmuşdur.
Tədbir başlamazdan əvvəl müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra çıxış edən tədbir iştirakçıları Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin zəngin irsindən bəhs etmiş, 1875-ci il iyulun 22-də nəşr olunan “Əkinçi” qəzetinin ölkəmizdə milli mətbuatın əsasını qoyduğunu qeyd etmişlər. Bildirilmişdir ki, milli mətbuat tarix boyu cəmiyyətin maariflənməsində, milli kimliyin formalaşmasında, dövlətçilik ideyalarının təbliğində və ictimai fikrin inkişafında mühüm rol oynamışdır.
Çıxışlarda həmçinin müasir dövrdə mətbuatın mədəni irsin qorunması və təbliğində, tarixi-mədəni abidələrin geniş ictimaiyyətə tanıdılmasında, milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasında əvəzsiz rolu xüsusi vurğulanmışdır.


Spread the love