“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Qırğızıstanın “Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Qırğızıstanın “Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

24 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə Qırğızıstan Respublikasının “Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi arasında elmi və mədəni əməkdaşlıq əlaqələrinin qurulmasına həsr olunmuş onlayn görüş keçirilib.

Görüşdə Dövlət Xidmətinin Muzey və qoruqlar şöbəsinin Qoruqların idarəedilməsi sektorunun müdiri Mahir Qəhrəmanov, “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, BDU- nun dosenti, tarix elmləri namizədi Yunis Nəsibli, AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, eləcə də “Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksinin Elmi işlər və xarici əlaqələr üzrə baş direktor müavini Xayrullo İbaydullayev, Xarici əlaqələr şöbəsinin müdiri İsxak Eqemnazarov, Elmi-maarifləndirmə şöbəsinin müdiri Şayır Abjaparova və Arxiv və muzey fondunun şöbə müdiri Aynura Jambılova iştirak ediblər.
Çıxışlar zamanı təmsil olunan qurumların fəaliyyəti, tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verilib.
Görüşün əsas məqsədi iki qurum arasında uzunmüddətli əməkdaşlıq münasibətlərinin formalaşdırılması, mədəni irsin qorunması və təbliği sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də gələcək ortaq layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsi olub.
Müzakirələr zamanı beynəlxalq onlayn görüşlərin və elmi müzakirələrin təşkili, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, birgə konfrans, seminar, sərgi və elmi-maarifləndirici tədbirlərin keçirilməsi, həmçinin tarixi-mədəni irsin qorunması və tanıdılması sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda tərəflər gələcək əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraq ifadə ediblər.

Spread the love