Qazaxıstan Respublikasının Музей қорық "Хан Ордалы - Сарайшық" "Xan Ordalı–Sarayşık” Dövlət Tarix-Mədəniyyət Qoruq Muzeyi tərəfindən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna Novruz bayramı münasibətilə göndərilən səmimi video-təbrik böyük məmnunluqla qarşılanmışdır.

Qazaxıstan Respublikasının Музей қорық “Хан Ордалы – Сарайшық” “Xan Ordalı–Sarayşık” Dövlət Tarix-Mədəniyyət Qoruq Muzeyi tərəfindən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna Novruz bayramı münasibətilə göndərilən səmimi video-təbrik böyük məmnunluqla qarşılanmışdır. Bu diqqət və xoş münasibət qoruqlarımız arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin bariz nümunəsidir. Qədim ənənələrimizi yaşadan belə mənəvi körpülər ortaq mədəni irsimizin daha da möhkəmlənməsinə xidmət edir. Novruzun gətirdiyi yenilənmə, bolluq və bərəkət hər iki qoruğun fəaliyyətində yeni uğurlara yol açsın. Bu xoş təbrikə görə təşəkkür edir, qarşılıqlı əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.

Spread the love