“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisinə tur təşkil olunmuşdur. Ekskursiya zamanı iştirakçılar qoruğun zəngin tarixi irsini əks etdirən “İlham Əliyev adına zirvə” ilə yaxından tanış olmuşlar. Tur çərçivəsində qədim dövrlərə aid mağaralar ziyarət olunmuş, onların divar və tavanlarında qorunub saxlanılmış nadir freskalar haqqında qoruq əməkdaşları tərəfindən məlumatlar verilmişdir. Tur iştirakçıları həmçinin qoruqda yerləşən su quyularının tarixi və funksiyaları barədə məlumat almışlar. Ekskursiyanın maraqlı məqamlarından biri də qədim ərzaq anbarlarının strukturu və istifadəsi ilə bağlı izahatlar olmuşdur. Bütün bu mərhələlər iştirakçılara həm tarixi, həm də mədəni baxımdan əhəmiyyətli məlumatlar təqdim etmiş və qoruğun zəngin arxeoloji irsini daha yaxından öyrənmək imkanı yaratmışdır.
