"Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici xarakter daşıyan dəyirmi masa təşkil olunmuşdur.

“Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair maarifləndirici xarakter daşıyan dəyirmi masa təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üzrə Milli Fəaliyyət Planı” nın təsdiq edilməsi haqqında” 2022-ci il 04 aprel tarixli 3199 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının mədəniyyət naziri tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025- ci il üçün İş Planı” nın təsdiq edilməsi haqqında 15.01.2025-ci il tarixli 3-24/3-1-f-3/2025 nömrəli əmrə əsasən ” “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında maarifləndirici xarakter daşıyan dəyirmi masa təşkil olunmuşdur. Tədbirin əsas məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində institusional tədbirlərin gücləndirilməsi, əməkdaşların hüquqi maarifləndirilməsi, dövlət qulluğunda şəffaflıq və məsuliyyət prinsiplərinin təşviqi, habelə ictimai etimadın möhkəmləndirilməsindən ibarət olmuşdur. Dəyirmi masada çıxış edən qoruğun direktoru Musa Mursaquliyev ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən dövlət siyasətindən, normativ-hüquqi bazanın təkmilləşdirilməsindən, nəzarət mexanizmlərinin gücləndirilməsindən və bu sahədə ictimai şüurun formalaşdırılmasının əhəmiyyətindən geniş bəhs etmişdir.
Daha sonra qoruğun əməkdaşları tərəfindən edilən məruzələrdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda korrupsiyaya qarşı görülən tədbirlər, daxili nəzarət mexanizmləri, etik davranış qaydalarının tətbiqi, şəffaf idarəetmənin təmin olunması sahəsində görülmüş işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər planı iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbir müzakirə formatında davam etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, praktiki tövsiyələr verilmiş və korrupsiyaya qarşı mübarizədə institusional məsuliyyətin artırılmasının vacibliyi bir daha qeyd olunmuşdur.
Dəyirmi masa korrupsiyaya qarşı mübarizə sahəsində davamlı maarifləndirmənin vacibliyini önə çıxarmaqla yanaşı, dövlət mədəniyyət müəssisələrində şəffaflığın və hüquqi məsuliyyətin təmin olunmasına xidmət edən tədbirlərin sistemli şəkildə davam etdirilməsinin zəruriliyini göstərmişdir.

Spread the love