11 Nömrəli Mağara

11 Nömrəli Mağara
Dövrü: İlkin orta əsr
İnventar
Yerləşdiyi yer: Qatardağ silsiləsi, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu
Eni: 8.70 m
Uzunu: 10.80 m
Hündürlüyü: 2.27m
Sahəsi: 93,96. m²

Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi ərazidə ilkin yaşayışın izləri minilliklərə gedib çatır. 11 nömrəli mağara süni mağaradır iç-içə iki otaqdan ibarətdir. Bu mağarının quruluşu dördbucaqlı formadadır. Mağaranın həm çölündə su quyusu içərisində su quyusu və üzərində ərzaq anbarı vardır. Sonradan mağaraya dəmir qapı düzəldilmişdir. Bu mağara digərlərinə nisbətən böyükdür. İnteryerindən göründüyü kimi burada yaşamış adamlar özləri üçün rahatlıq yaratmışlar. İbadət etmək üçün guşə və oturmaq üçün masa yonublar. Mağaranın içərisində Qədim insanlar daş alətlərlə bu mağaralarda bəzi işlər görmüş, divarları yonaraq yataq yerləri və taxçalar düzəltmişlər. Mağaranın divarı yonaraq hücrə halına salmışlar.

11 nömrəli mağaranın həm tavanlarına, həm də divarlarına XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid freskalar çəkilmişdir . Bu freskalar tədqiqatçılar üçün mühüm mənbə olmaqla yanaşı, həmin dövrdə mağaranın artıq yalnız yaşayış məkanı deyil, dini və kult təyinatlı məbəd funksiyasını da icra etdiyini göstərir. Freskaların kompozisiya üslubu və yerləşdirilmə prinsipləri onu sübut edir ki, mağara məkanında ikonoplastika ənənələri davam etdirilmiş, ornamentik və dini-simvolik təsvirlər tətbiq olunmuşdur. Gürcülər bu mağaranı “Bertuban” adlandırır, və buranı mağara-məbəd kimi istifadə edirdilər. “Bertuban” sözünün mənası isə “Məbədlər yurdu” demək idi. Burada işlənmiş ikonoplastik elementlər İsa Məsih, müqəddəslər və kilsə simvolları ilə bağlı təsvirlərin varlığını ehtimal etməyə əsas verir. Bu da göstərir ki, Keşikçidağ ərazisi yalnız etno-mədəni deyil, həm də xristian dini ənənələrinin inkişafı və təzahürü baxımından mühüm mərkəzlərdən biri olmuşdur.

Spread the love