28 iyul 2025-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Umudlu və tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Faziloğlunun iştirakı ilə elmi dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada bölgənin, xüsusilə də Ceyrançöl ərazisinin tarixən formalaşmış köçəri tərəkəmə həyatının sosial-iqtisadi və mədəni aspektləri müzakirə olunmuşdur. Həmçinin alimlər qeyd etmişlər ki, qədimdən bu yana Ceyrançöl geniş köç yolları şəbəkəsinin mühüm hissəsi olmuş, bu ərazilərdə mövsümi yaşam tərzinə uyğun olaraq formalaşan təsərrüfat sistemi, məişət və inanclar tərəkəmə həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.





