Ağstafa şəhərində qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyası həyata keçirilmişdir.

Ağstafa şəhərində qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyası həyata keçirilmişdir. Aksiyada “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları da fəal iştirak etmişdir. Ağstafa Rayon Mərkəzi Xəstəxanasında təşkil olunmuş aksiyada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən donorların sağlamlıq vəziyyəti ilkin olaraq müayinə olunmuş və daha sonra onlardan qan nümunələri götürülmüşdür. Toplanan qan ehtiyatı yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə ediləcəkdir.

Spread the love