Son dövrlər "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda aparılan elmi tədqiqatlar və arxeoloji qazıntılar ictimaiyyətin marağına səbəb olmuşdur. Bu marağın davamı olaraq Bakıdan gəlmiş tanınmış alim və etnoqrafların iştirakı ilə qoruq ərazisində elmi tur təşkil edilmişdir.

Son dövrlər “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılan elmi tədqiqatlar və arxeoloji qazıntılar ictimaiyyətin marağına səbəb olmuşdur. Bu marağın davamı olaraq Bakıdan gəlmiş tanınmış alim və etnoqrafların iştirakı ilə qoruq ərazisində elmi tur təşkil edilmişdir. Səfər zamanı mağaralar, freskalar, su quyuları və ərzaq anbarları yerində araşdırılmış, abidələrin mənşəyi və etnoqrafik xüsusiyyətləri ilə yanaşı ərazinin relyefi, qədim köç yolları, yaylaq-qışlaq sistemləri və relyefin bu yaşam tərzinə təsiri geniş şəkildə müzakirə edilmişdir. Ceyrançöl bölgəsində formalaşmış köçəri həyat tərzi də müzakirə olunmuşdur. Tur çərçivəsində gələcək elmi tədqiqat istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Spread the love