Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərin praktiki mərhələsində günün birinci yarısında iştirakçılar sahədə müxtəlif rəqəmsal sənədləşdirmə üsullarını tətbiq edərək məlumat və görüntülər əldə edib, günün ikinci yarısında isə həmin məlumatların ofis şəraitində emalı və təhlilini həyata keçiriblər. Bu mərhələdə sahədə əldə olunan məlumatların rəqəmsal modellərə çevrilməsi və sənədləşdirilməsi prosesi praktiki şəkildə nümayiş etdirilib.
Təlimlərin ofis mərhələsi, tətbiq olunan üsullar və əldə olunan nəticələr barədə Ege Universitetinin müəllimi və arxeoloq Şahin Menteşe danışır.
