Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 5” layihəsi uğurla davam etdirilir.
Layihə çərçivəsində Ağstafa Karate Klubunun şagirdləri “Yovşanlıdərə” kurqanlarında aparılan arxeoloji qazıntıların aparıldığı kurqanlara maarifləndirici ekskursiya etmişlər. Ekskursiya zamanı şagirdlər qazıntılar nəticəsində əldə olunmuş arxeoloji artefaktlarla yaxından tanış olmuş, ərazidə çalışan alimlər tərəfindən bu tapıntıların tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Bu cür ekskursiyalar uşaq və yeniyetmələr arasında milli irsə marağın artırılmasına xidmət edir.




