18 May "Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda "açıq qapı" günü elan edilmişdir.

18 May “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda “açıq qapı” günü elan edilmişdir. “Açıq qapı” günü çərçivəsində məktəblilər, rayon sakinləri qoruğun Ağstafa rayonunda yerləşən inzibati binasında kiçik muzeyə ekskursiya etmişlər. Ziyarətçilər ərazidən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət kiçik muzey tipli stenddə sərgilənən eksponatlarla tanış olmuşlar. Qoruq əməkdaşları tərəfindən ziyarətçilərə bu əlamətdar günün əhəmiyyəti, tarixi abidələrin qorunması və muzeydə sərgilənən eksponatlar barədə ətraflı məlumat verilmişdir.

Spread the love