Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşlarının iştirak etdiyi seminarda qərb bölgəsində, həmçinin “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən kurqanlarda iki istiqamətdə aparılan qazıntı işlərindən, arxeoloji abidələrin tədqiqi və bu ərazidə baş verən mədəni-tarixi proseslərin öyrənilməsinin əhəmiyyətindən, arxeoloji qazıntılar zamanı aşkarlamış son tunc-erkən dəmir dövrü abidələrindən bəhs edilmişdir.