16 mart Bu gün Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir.


Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır, əkinə, toxum səpininə hazır olur. Bütün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvü üçün şam, boyadılmış yumurtalar qoyulur. Yazın gəlişi ilə əlaqədar ilaxır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, insanlar odun üstündən hoppanaraq köhnə ilin qada-balasını odda yandırdıqlarına inanırlar.

Torpaq çərşənbəniz mübarək!

Spread the love