Qoruğun faunasından…

“Keşikçidağ” Dövlət tarix – mədəniyyət qoruğunun relyefi və iqliminə uyğun olaraq burada çoxlu sayda sürünənlərə tez-tez rast gəlinir. Sürünənlər qarnı üzərində sürünən (ilanlar və ayaqsız kərtənkələlər) və yaxud öz gödək ayaqları ilə bədənini yerdən az qaldıra bilən heyvanlardır. Sürünənlərin bədən temperaturu sabit olmur, ətrafındakı havanın temperaturuna uyğun dəyişir. Sürünənlərə – ilanlar, tısbağalar, dimdikbaşlar, kərtənkələlər aiddir. Kərtənkələlər sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan yarımdəstəsidir. Dünyada hər bir ölçü və formada 3750 kərtənkələ növü vardır – xırda gekkondan tutmuş 3 metrlik komod əjdahasınadək (qanadlı kərtənkələ). Azərbaycanda 27 növü yayılmışdır.

Spread the love