Kəkliklər.

6. dekabr Hörmətli oxucular! Sizlərə bu gün ”Keşikçidağ” mağaralar kompleksinin tarix və unikallığını daha da rəngarəng edən, öz füsünkar gözəlliyi ilə insanları valeh edən, sıldırım əlçatmaz qayalıqlarında daima süzən kəkliklər haqqında məlumat vermək istəyirik. Kəkliyə dilbər güşəmizin əksər bölgələrində rast gəlmək mümkündür. Qoruğumuzun ərazisində el arasında dağ kəkliyi və yaxud daş kəkliyi deyilən kəkliklərin adi və boz növü yaşayır. Onun çox da böyük olmayan ölçüsü, cəld və çevik hərəkətləri olur. Adi kəklik (dağ kəkliyi) kəkliyin ən kiçik növü sayılır. Onun çəkisi 400 qramdan, bədəninin uzunluğu isə 30 santimetrdən çox olmur. Dağ kəkliyinin tüklərinin rəngi parlaq, qarışıq və təbiətin fəsillərinə uyğun olaraq dəyişir. Qoruqda sərhəd zolağında gediş gəlişin azlığından kəkliklər ən çox bura axın ediblər. Qaratikan kollarının dibində yuva quran kəkliklər əsasən sentyabr ayında çoxalırlar. Kəkliklərin sayı azaldığına görə bəzi ölkələrdə onların ovuna qadağa qoyulmuşdur. Azərbaycan təbiətini öz gözəlliyi ilə zənginləşdirən Kəklikləri qoruyaq.