
Kateqoriya: Xəbərlər


Səninləyik Azərbaycan əsgəri!

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə qoruq ərazisində həyata keçirilən "Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 2"adlı layihəmiz uğurla davam etdirilir.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov, professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılan "Keşikçidağda arxeoloji qazıntılar və yay məktəbi"adlı layihə çərçivəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olmaq məqsədilə qoruq ərazisində olmuşlar.
"Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 2" adlı layihə və Mədəniyyət naziri Anar Kərimovun qazıntılara səfəri İTV-nin efirində Təşəkkürlər İTV

Hörmətli Hidayət müəllim! Sizi doğum gününüz münasibətilə başda qoruğun direktoru Musa Mursaquliyev olmaqla "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi adından təbrik edir, işlərinizdə uğurlar arzulayırıq.
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının "Qədim Şəmkir şəhəri" Dövlət tarix-mədəniyyət qoruğuna səfərindən görüntülər

"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları "Qədim Şəmkir Şəhəri" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna səfərindən görüntülər

Keşikçidağın elmi seminarı

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun Keşikçidağa səfəri

Bu gün bütün dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edən, xalqımızın xoşbəxt gələcəyinə çalışan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO -nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğun kollektivi adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ölkəmizin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdə, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin təşəbbüskarı kimi uğurlar arzulayırıq.

Elan
Ağstafa könüllülərinin "Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi -2" adlı layihədə iştirakı

