"Heydər Əliyev irsinin və tariximizin gənc təbliğatçıları"

Qoruğumuzun həyata keçirdiyi “Heydər Əliyev irsinin və tariximizin gənc təbliğatçıları” adlı layihəmizin bu dəfəki qonaqları Ağstafa şəhəri Uşaq Gənclər-İnkişaf Mərkəzi (UGİM) şagirdləri olmuşdur. Uşaqlar qoruğa məxsus müasir tipli kiçik muzeydə sərgilən maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olmuşlar. Qoruq əməkdaşları tərəfindən onlara maraqlı gələn suallar cavablandırılmışdır.

Spread the love