"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun iş planına uyğun olaraq Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Əsrin lideri” adlı Nə?, Harada?, Nə zaman? intellektual yarışın qalib komandalarının mükafatlandırılma mərasimi keçirilmişdir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun iş planına uyğun olaraq Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Əsrin lideri” adlı Nə?, Harada?, Nə zaman? intellektual yarışın qalib komandalarının mükafatlandırılma mərasimi keçirilmişdir.
Qaliblər Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar.Qaliblərə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən qoruğun suvenirlərindən ibarət hədiyyə çantası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağstafa rayon komitəsi tərəfindən müxtəlif hədiyyələr təqdim olunmuşdur. Qeyd edək ki, rayonun ümumtəhsil məktəblərinin gənc tarix müəllimlərindən ibarət 15 komanda arasında keçirilən intellektual yarışın yekun nəticələrinə əsasən Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbi təmsil edən “Cəbrayıl” komandası 1-ci, Qaçaq Kərəm kənd tam orta məktəbi təmsil edən “Göyəzən” komandası 2-ci və Ağstafa şəhəri Texniki və humanitar təmayüllü liseyi təmsil edən “Xarı Bülbül” komandası 3-cü yerə layiq görülüblər. Qaliblərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Spread the love