“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.
×
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Mədəniyyət üzrə Elmi- Metodik və ixtisasartırma Mərkəzi tərəfindən Şəmkir şəhərində yerləşən Heydər Əliyev mərkəzində abidə mühafizəçilərinin təlimləri keçirilir. Təlimdə "Keşikçidağ " Dövlət tarix-mədəniyyət qoruğunun abidə mühafizəçiləri Nəsibov İskəndər və Həsənov Elşən də iştirak edirlər.