2010-cu il 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü münasibətilə Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun rəhbəri Musa Mursaquliyevin təşəbbüsü ilə “Açıq qapı” günü elan edilmiş qoruğa ekskursiyalar təşkil olunmuşdur. “Açıq qapı” günündə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin əməkdaşları Könül xanım Cəfərova və Nərgiz xanım iştirak etmiş və qoruq əməkdaşlarına dəyərli tövsiyyələrini vermişdirlər.