2009-cu ilin yanvar ayından başlayaraq Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun rəhbəri Musa Muraquliyevin təşəbbüsü ilə qoruğun əməkdaşları tərəfindən qoruq ərazisində və mağaralarda təmizlik işləri aparılmışdır.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.