“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı” adlı onlayn vebinar keçirildi.

24.02.2022-ci il tarixində“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı” adlı onlayn vebinar keçirildi.
Vebinarda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Xocalı soyqırımından bəhs etdirən videoçarx nümayiş olundu. Vebinarda çıxış edənlər qeyd etdilər ki, ötən əsrin 92-ci ilinin fevralında tarixdə görünməmiş qətliam baş verdi. Türkləri özünün əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, insanları amansızlıqla qətlə yetirdilər, əsir götürdülər, şəhəri isə oda qaladılar. Əliyalın, başıaçıq insanları, köməksiz uşaqları, ahıl yaşlı qocalarıxüsusi amansızlıqla qətlə yetirdilər. Həmçinin Qarabağ müharibəsinin ən qəddar səhifəsi olan Xocalı soyqırımını yeni böyüyən gənc nəslə aşılanması və dünyaya çatdırılmasının vacibliyindən də danışıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
 
 
 
 
 

Spread the love