"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi qan vermə aksiyasında iştirak etmişlər.

Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın daima xüsusi diqqət və qayğısındadılar. Bu məqsədlə Ağstafada qanvermə aksiyası həyata keçirilib. Ağstafa rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada əvvəlcə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası tərəfindən donorların sağlamlığı yoxlanılmışdır. Bu aksiyada “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi də yaxından iştirak etmiş və xəstəlikdən əziyyət çəkənlərə köməklik üçün qan vermişlər.

 

Spread the love