Ulu Öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Bu gün münasibətilə "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.

 
Ümumrayon tədbirində qoruğun direktoru Musa Mursaquliyev də iştirak etmiş, Ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, fotoşəkillərindən ibarət muzeyin salonlarını ziyarət etmiş və ümummilli liderə həsr olunmuş sənədli filmi izləmişlər.
Avey Dövlət tarix-mədəniyyət qoruğu ilə birgə “10 May – Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə əlaqədar videokonfrans” keçirilmişdir. Konfransda qoruq əməkdaşları çıxış edərək ümummilli liderin həyat yolundan, xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən bəhs etmişlər.
Qoruğun inzibati binasında “Əbədi yaşar lider Heydər Əliyev-99” adlı dəyirmi masa təşkil olunmuşdur. Qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək bildirmişdir ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən ümummilli liderimiz müstəqil Azərbaycanın memarıdır. Dəyirmi masada çıxış edən qoruq əməkdaşları qeyd etmişlər ki, müstəqil Azərbaycan yaşadıqca Ulu Öndər daim ürəklərdə yaşayacaqdır.
Daha sonra qoruğun kollektivi Ulu öndərin Ağstafa rayon Heydər Əliyev Mərkəzində yerləşən abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
 

Spread the love