Keşikçidağ kurqanlar vadisində aparılmış elmi-tədqiqatlar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri qoruğun əməkdaşları tərəfindən qeydiyyata alınaraq, qoruğun fonduna daxil edilir.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.