“Keşikçidağ” Dövlət tarix – mədəniyyət qoruğunun inzibati binasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurov və sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyevin birgə iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Qoruq əməkdaşlarının iştirakı ilə keçirilən dəyirmi masada Mənsur Mənsurov və İmaş Hacıyev qoruq ərazisində aparılmış elmi-arxeoloji qazıntılar haqqında geniş müzakirələr aparmışlar.