Keşikçidağ mağaralar kompleksinin zəngin florasına daxil olan Acılıqotu və ya efedra çılpaqtoxumlular fəsiləsinə daxil kol bitkisidir. Ölkəmizdə 4 yabanı növü mövcuddur. Çox nadir olan bu bitki əsasən qayalıq,daşlıq ərazilərdə bitir . Keşikçidağın ərazisi də sıldırım qayalıq olduğu üçün acılıqotuna burada rast gəlinir və azlıq təşkil edir.
Meyvəsinin tərkibində S vitamini, efedrin və psevdoefedrin alkaloidləri var. Buna görə də acı dadır. Ayaz dəydikdə meyvəsi şirinləşir və yeməli olur. Bəzi növlərinin cavan şivlərindən efedrin alınır.
Hündürlüyü 1,5 m-ə çatan, bu kol boz gövdəli, yoğun və sıx budaqlıdır. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. . Yarpaqları cüt-cüt düzülmüş, pərdəciklidir, aşağıdan üçdə bir hissəsi bitişmişdir, yuxarıdan qısa üçbucaqlıdır.
Meyvələri kürə şəkilli, 6–7 mm uzunluqdadır. Yetişmiş meyvələri qırmızı və ya çəhrayı-qırmızı rəngli, lətlidir. Aprel-may ayında çiçək açır. Meyvələri avqustda yetişir.