“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi Ağstafa rayonunun Dağ Kəsəmən kəndində şəhidlərin xatirəsinə inşa olunmuş “Xarı bülbül” abidə-kompleksini ziyarət etmiş, kompleksin önünə tər qərənfillər düzərək şəhidlərimizin ruhuna ehtiramlarını bildirmişlər. Kompleksdə 13 nəfər I Qarabağ müharibəsi, 2 nəfər mülki şəxs və 5 nəfər Vətən müharibəsi şəhidlərinin adları əbədiləşdirilib.