Bu maddi-mədəniyyət nümunəsi Keşikçidağ mağaralar kompleksinin ərazisindən aşkarlanmışdır. Son tunc dövrünə aid olması ehtimal edilir. Məişətdə və təsərrüfatda istifadə edilmiş su parçıdır. Geniş və qıf formalı ağzı olmaqla, orta hissəsindən qismən daralır, dairəvi gövdəyə, yastı oturacağa və ilgəkvari qulpa malikdir. Açıq-boz rəngdədir. Gildən hazırlanmışdır.