Keşikçidağ mağaralar kompleksindən 3 km cənubda yaşı son tuc erkən dəmir dövrünə, e.ə. II minilliyin sonu I minilliyin əvvəllərinə aid edilən kurqanlar yerləşir. Məlum olduğu kimi hal-hazırda qoruq ərazisinə yol çəkilir. Bu zaman mədəni təbəqəyə yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə qoruq əməkdaşları tərəfindən kurqanların yaxınlığında məlumat lövhəsi yerləşdirilmiş və ərazi lentlə haşiyəyə alınmışdır.