Arif Məmmədov elmi tədqiqatlar məqsədilə qoruq ərazisinə ezam olunmuşdur.

19. Noyabr Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru, tarix elmləri doktoru Arif Məmmədov elmi tədqiqatlar məqsədilə qoruq ərazisinə ezam olunmuşdur. Keşikçidağ mağaralar kompleksinə, sığınacaq yerlərinə və qoruq ərazisində yerləşən 100-ə yaxın kurqana ilkin baxış keçirmişdir. Professor qoruq ərazisinə elmi ekspedisiyanın göndərilməsi və kompleks elmi təqdiqatların aparılmasına ehtiyac yarandığını bildirmişdir. Daha sonra Professor qoruğun inzibati binasında arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri ilə tanış olmuş, qoruq əməkdaşları ilə birgə fikir mübadiləsi aparmışdır.

Spread the love