27. aprel “Əsrlərin yadigarı” adlı tanıtım layihəmizin bu dəfəki ünvanı Poylu qəsəbə orta məktəbi oldu. Qoruq ərazisində yerləşən abidələrimizin qorunması, öyrənilməsi və tanıdılması məqsədilə təbliğat işləri Ağstafa rayonunun 20-dən çox şəhər və kənd orta məktəblərində keçirilmiş və rayonun bütün orta məktəblərində davam etdiriləcəkdir.