17 aprel “Əsrlərin yadigarı” adlı tanıtım layihəmiz 18 Aprel “Beynəlxalq abidələr və Tarixi yerlər” günü münasibəti ilə Ağstafa rayon N.Həmzəyev adına Göycəli kənd tam orta məktəbində davam etdirilir. Tanıtım layihəmizi keçirməkdə məqsəd ulu əcdadlarımızdan bizə miras qalmış “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən tarixi-memarlıq adidələrini ölkəmizin gələcək inkişafında iştirak edəcək gənc nəsilə daha dərindən tanıtmaq və sevdirməkdir.