21.02.2018. Bu gün Almaniya Federasiyasının Azərbaycandakı səfiri Mixael Kindsqrab Ağstafa rayonuna səfər etdi. Cənab səfiri köməkçisi Yohan Hinc və tərcüməçisi Pərvanə Hadızadə müşayiət edirdilər. Rəsmi qonağa Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tərəfindən “Keşikçidağ” Dövlət tarix mədəniyyət qoruğu haqqında məlumat verilmişdir. Daha sonra rəsmi qonağa qoruq haqqında çəkilmiş sənədli filmin diski, 3 dildə çap olunmuş buklet, flayerlər, üzərində Keşikçidağın loqosu olan diyircəkli qələm və suvenirdən təşkil olunmuş hədiyyə paketi təqdim edilmişdir.