Yovşanlıdərə 3 saylı kurqan

Adı: Yovşanlıdərə 3 saylı kurqan
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 05-30 iyun 2025-ci il
Dövrü: Orta tunc dövrü

Yovşanlıdərədə qazılmış 3 saylı kurqan strukturu baxımından çox fərqli olmuşdur. Bu kurqan 4 saylı kurqanla yaxın məsafədə, ondan cənubda yerləşir. Kurqanın diamteri 10 m olub, müasir yer səthindən hündürlüyü 0,9 m-dir. Kurqan örtüyü torpaqdan ibarətdir. Keşikçidağ kurqanlar vadisində çox az rast gəlinən torpaq kurqanlardan biridir. Bu baxımdan 3 saylı kurqan digərlərindən əsaslı şəkildə seçilir. Hələlik kurqanlar vadisində aparılmış arxeoloji qazıntılar zamanı indiyədək qazıntısı aparılmış ilk torpaq kurqandır. Çox az sayda kiçik ölçülü çınqıla rast gəlinsə də kurqanın üst örtüyü tamamilə narın və boz rəngli, az gilli torpaqdan tökülmüşdür. Kurqandan arxeoloji qazıntılar nəticəsində insan skleti və saxsı nümunələri aşkar edilmişdir.

Spread the love