Adı: Karvan dərəsi 1saylı kurqan
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix: 25.08.2024-05.10.2024-cü il
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Karvan dərəsi 1 saylı kurqan 21m diametrə malik olub, kənarı orta ölçülü çay daşlarından qurulmuş 60sm enində kromlexlə əhatələnmişdir. Hündürlüyü 2.2m olan kurqanın üst çınqıl-torpaq qarışıq olan örtüyü götürülmüş, mərkəzdə kurqanaltı qəbir kamerası aşkar edilmişdir. Kurqan kamerası şimal-cənub istiqamətində salınmışdır. Kurqan örtüyünün 1m dərinliyindən aşkar edilən kameranın üzərində iri qaya daşlarının qismən yonularaq hazırlanmış plitələr qoyulmuşdur.


