Candargöl kurqanları

Adı: Candargöl kurqanları
Yerləşdiyi ərazi: Ceyrançöl, Keşikçidağ Kurqanlar Vadisi
Aşkarlandığı tarix:17.07.2024-06.08.2024
Dövrü: Son tunc-erkən dəmir dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)
Candargöl kurqanı Ceyrançölün düzənlik hissəsini əhatə edir. Candargöl kurqanı Ağgöl kəndindən 600 metr şimal-şərq istiqamətində yerləşir. Kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub. Kurqan diametri böyük kameralar üçün 10-15 metr, kiçik kameralar üçün 4-8 metr. Böyük kamera 2-3 metr, kiçiklər 0.5-1 metr. Candargöl kurqanlarında aparılmış arxeoloji qazıntı işləri zamanı 1 kurqanın 3 kamera hissəsi aşkarlanmışdır. Qeyd etmək lazımdır ki, bu qəbirlərin hər biri qərb-şərq istiqamətində qazılıb və hamısı bir-birinə simmetrikdir.

Spread the love