20.02.2025-ci il tarixində "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanov və Almaniyanın Vütsberq Universitetinin professoru Martin Gruberin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.

20.02.2025-ci il tarixində “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanov və Almaniyanın Vütsberq Universitetinin professoru Martin Gruberin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Qonaqlar ilk öncə qoruğun inzibati binasında yaradılmış müasir stenddə sərgilənən maddi-mədəniyyət nümunələri ilə tanış olmuşlar. Daha sonra dəyirmi masa təşkil olunmuş, Ceyrançöldə yerləşən Keşikçidağ Kurqanlar Vadisinin ərazisində yerləşən kurqanlar, onların dövrləri, bu arealda yayılmasından bəhs olunmuşdur. Həmçinin gələcəkdə qoruq ərazisində yerləşən kurqanlarda və yaşayış düşərgələrində tədqiqat aparılması ilə bağlı danışıqlar aparılmışdır.

Spread the love