8-11 fevral 2025-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilmiş sərgidə "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun nümayəndələri də iştirak etmişdir.

8-11 fevral 2025-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilmiş sərgidə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun nümayəndələri də iştirak etmişdir. Sərgidə Azərbaycanın qərb bölgəsində yerləşən Göytəpə, Damcılı və Daş Salahlı yaşayış düşərgələri, Keşikçidağ mağaralar kompleksi kimi tarixi abidələrdən əldə olunmuş və eyni dövrə aid bənzərlik təşkil edən eksponatlar nümayiş olunmuşdur. Tədbirdə Azərbaycanın Qərb bölgəsində aparılmış arxeoloji qazıntı işləri, o cümlədən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən daş dövrü abidələrinin əhəmiyyəti ictimaiyyətə geniş şəkildə çatdırılmışdır. Həmçinin “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev tədbirdə çıxış edərək qoruq ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntılar nəticəsində əldə olunmuş artefaktların gələcəkdə Yaponiyada yerləşən laboratoriyalarda radiokarbon analizlərinin həyata keçirilməsinin vacibliyi və Azərbaycanın Qərb bölgəsində yerləşən tarixi abidələrin beynəlxalq əməkdaşlıq əsasında tədqiq olunmasının əhəmiyyətindən bəhs etmişdir.

Spread the love