Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Ərzincan Binəli Yıldırım Universiteti və Hoca Ahmet Yasevi Uluslararası Türk Universiteti-Qazax Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Yaşıl Dünya-Bizim Dünya” mövzusunda təşkil olunmuş beynəlxalq elmi simpoziumun məqalələr toplusunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev və qoruğun əməkdaşı Paşşanova Unnabın “Qərb bölgəsində multukulturalizmin yaşadıldığı abidələr”adlı məqaləsi çap olunmuşdur.




