Cari ilin yay aylarında yerli mütəxəssislərlə birgə "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Saqqızlı və Candargöldə elmi tədqiqat işləri aparılmışdır.

Cari ilin yay aylarında yerli mütəxəssislərlə birgə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Saqqızlı və Candargöldə elmi tədqiqat işləri aparılmışdır. Elmi tədqiqatlar nəticəsində “Candargöl Paleolit emelatxanası” və buradan andezit daşından əmək alətləri aşkar edilmişdir.
Əldə olunmuş bu nəticələrə müvafiq olaraq xarici mütəxəssislərdən olan Rusiya Federasiyanın Novosibirski şəhərində yerləşən Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Anoikin Anton Aleksandroviç, Rusiya Elmlər Akademiyasının Dağıstan Mərkəzinin Geologiya İnstitutunun geoloqu, elmlər namizədi İdris İdrisov Abdulbutayeviç, Moskva Dövlət Universitetinin əməkdaşı, Rusiya Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Dördüncü dövr paleocoğrafiya şöbəsinin böyük elmi işçisi, Coğrafiya elmləri namizədi Qurbanov Rəcəp Nurmuradoviç, Rusiya Federasiyanın Sankt Peterburq vilayətində yerləşən Rusiya Elmlər Akademiyasının Maddi mədəniyyət tarixi İnstitutunun Paleolit şöbəsinin əməkdaşı İvanov Yaroslav Dmitrieviç, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, daş dövrü üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov Ceyrançöl ərazisində olmuşlar. Mütəxəssislər ərazidə elmi tədqiqat işləri aparmış və əmək alətləri aşkarlamışlar.


Spread the love