Ağstafa rayonunun ərazisində yerləşən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə aparılan "Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4" adlı layihə həyata keçirilir.

Ağstafa rayonunun ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə aparılan “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihə həyata keçirilir. Keşikçidağ Kurqanlar Vadisində yerləşən Karvan dərəsi kurqanlarında aparılan arxeoloji qazıntılarla yaxından tanış olmaq məqsədilə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri arxeoloji qazıntı sahəsinə ekskursiya etmiş və buradan əldə olunan artefaktlarla yaxından tanış olmuşlar. Həmçinin alimlər tərəfindən tələbələrə bölgəmizin, o cümlədən qoruğun tarixi, abidələri, onların qorunması və təbliği barədə ətraflı məlumat verilmiş, onların sualları cavablandırılmışdır.


Spread the love