“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.
×
Bu gün 20 Yanvar faciəsindən 34 il ötür. Belə ki,"Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsi ilə əlaqədar təşkil olunmuş ümumrayon tədbirləri çərçivəsində Ağstafa rayon Şəhidlər Xiyabanını ziyarət etmiş, məzarlar önünə tər qərənfillər düzmüşlər.