“Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkil etdiyi “Keşikçidağı tanıdaq” adlı yürüş və ekskursiyalara, “Keşikçidağ gənc rəssamların fırçalarında” adlı rəsm müsabiqəsinə start verildi.

18 aprel 2017-ci il tarixində “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkil etdiyi “Keşikçidağı tanıdaq” adlı yürüş və ekskursiyalara, “Keşikçidağ gənc rəssamların fırçalarında” adlı rəsm müsabiqəsinə start verildi. Gənc rəssamlar  qoruğun əsrarəngiz gözəlliyini öz fırçalarına köşürmüşlər. Şagirdlər beş nəfər şəklində qruplara bölünüb, hər qrupa bir bələdçi və bir ekskursiyaçı təhkim edilərək mağaralar, sığınacaqlar, freskalar, Qüdrət bulağı, kurqanlar, ərzaq anbarları və ehtiyyat su quyuları haqqında ətraflı məlumat verildi. Tədbir iştirakçıları mağaralardan 600 metrlik turist yolunu əllərində bayraqlarla qət edərək bölgənin strateji cəhətdən ən hündür yüksəkliyi olan “İlham Əliyev zirvəsi”nə yürüşlə yekunlaşdırdılar.

Spread the love