2016-cı ilin 15 mart tarixində İlaxır çərşənbə günündə Ağstafa rayon Səməd Vurğun parkında ümumrayon tədbiri keçirilmişdir. Rayonun dəmiryol vağzalından başlayaraq Səməd Vurğun parkında keçirilən tədbirə bütün idarə və təşkilatlar qoşulmuşdur. “Keşikçidağ“ Dövlət tarix-mədəniyyət qoruğu öz stendi və novruz atributları ilə bu tədbirdə yüksək səviyyədə iştirak etmişdir. Novruz tədbirində qoruq ərazisindən arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri nümayiş etdirilmişdir. Sərgilənən maddi-mədəniyyət nümunələrini Ağstafa rayon İcra Hakimiyyəti və rayonun qonaqları maraqla qarşılamışdırlar.