Bu gün Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının inzibati binasında “Keşikçidağ” Dövlət tarix mədəniyyət qoruğu və Yeni Azərbaycan Partiyasının (YAP) əməkdaşlarının iştirakı ilə partiyanın yaradılmasının 30-cu ildönümünə həsr olunmuş birgə tədbir keçirilmişdir. Tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru, qoruğun YAP ərazi partiya təşkilatının sədri Musa Mursaquliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması xalqımızın siyasi həyatında böyük əhəmiyyət kəsb edən hadisələrdən biri olmuş, ölkəmizin milli maraqlarını ifadə edən aparıcı amilə çevrilmişdir. Daha sonra “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun YAP ərazi partiya təşkilatının sədr müavini Hüseynova Fazilə Yeni Azərbaycan Partiyasının təsis edilməsindən, Ulu Öndər Heydər Əliyevin bu sahədə gördüyü işlərdən, ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən bəhs etmişdir. YAP Ağstafa rayon təşkilatının məsləhətçisi Tağı İmamverdiyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə partiya üzvlərini təbrik etmiş və fəaliyyətlərində uğurlar arzulamışdır.